Bu kitabda İslam əxlaqı və əqidəsinin ən mühüm məsələlərindən olan insanların çoxunun əhəmiyyət vermədiyi haramlar və onlardan çəkinmə haqqında geniş məlumat yer almaqdadır. Hər bir müsəlman Allah və rəsulunun haram buyurduğu əməllərdən çəkinməlidir. Bu kitabı tərcümə edərək oxucularımıza təqdim edəm Fərahim qardaşımızdan Allah razı olsun.
-
Author: Ramil Soltanov
Ey iman gətirənlər! Çox zənnə-gümana qapılmaqdan çəkinin. Şübhəsiz ki, zənnin bəzisi (heç bir əsası olmayan zənn) günahdır. (Bir-birinizin eyibini, sirrini) arayıb axtarmayın, bir-birinizin qeybətini qırmayın! Sizdən biriniz ölmüş qardaşının ətini yeməyə razı olarmı?! Bu sizdə ikrah hissi oyadar (qeybət də belədir). Allahdan qorxun. Həqiqətən, Allah tövbələri qəbul edəndir, rəhmlidir! (əl-Hücurat,12)
"Ey Əhli-beyt! Allah sizdən çirkinliyi yox etmək və sizi tərtəmiz (pak) etmək istər" (əl-Əhzab, 33)
Author: Yaşar Qurbanov
Müsəlman bacı və qardaşlarım! Hər bir müsəlmana Allahın adları və sifətləri barəsində düzgün etiqad sahibi olması olduqca zəruridir. Çünku burada Allahın gözəl adları və sifətlərindən söz gedir. Elə müsəlmanlar var ki, bu mövzuda batil etiqadlara uyaraq Allah barəsində pis zənnə qapılırlar. Sizə təqdim edilən "Vasitiyyə Əqidəsi" bu mövzuda yazılıan ən mühim əsərlərdən birisidir. Hamıya bu kitabı oxumağı tövsiyə edirəm. İlahiyyatçı: Yaşar Qurbanov