Ey iman gətirənlər! Çox zənnə-gümana qapılmaqdan çəkinin. Şübhəsiz ki, zənnin bəzisi (heç bir əsası olmayan zənn) günahdır. (Bir-birinizin eyibini, sirrini) arayıb axtarmayın, bir-birinizin qeybətini qırmayın! Sizdən biriniz ölmüş qardaşının ətini yeməyə razı olarmı?! Bu sizdə ikrah hissi oyadar (qeybət də belədir). Allahdan qorxun. Həqiqətən, Allah tövbələri qəbul edəndir, rəhmlidir! (əl-Hücurat,12)
Peyğəmbərimiz (sav) buyurmuşdur: "Mənim necə namaz qıldığımı gördünüzmü, o cür də namaz qılın" Bu kitabda peyğəmbərimiz (sav)-ın namazı necə qıldığı səhih hədsilərlə açıqlanmışdır.
-
Yaşar Qurbanovun tərcümə etdiyi "Sünnə və Cəməa anlayışı" adlı kitabı oxucularımıza təqdim edirik. Müasir dünyamızda özlərinin Əhli-Sünnə və Cəməa olduğunu iddia edən, fəqət bu anlayışdan çox kənar olan inam və etiqada sahib olan insanlar mövcuddur. Bu kitabda əhli-sünnə və cəməa anlayışının əsas prinsipləri ilə tanış olacaqsınız.
Translators: Yaşar Qurbanov
-
Uca Allah öz peyğəmbərinə səbrli olmağı əmr etmiş və buyurmuşdur: "Ya Rəsulum! Allah yolunda olan bütün əzab-əziyyətə) səbr et. Sənin səbr etməyin yalnız Allahın köməyilədir." (ən-Nəhl,127)
Reveiwers: Ramil Həsən
Translators: Muxtar Əli